AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələr
arasında iqtisadi-ticarət əlaqələrinin potensialının effektiv reallaşdırılması,
o cümlədən İordaniyanın təklif etdiyi ticarət və investisiya imkanlarının
araşdırılması məqsədilə Agentliyin nümayəndələrinin ölkəyə işgüzar səfərinin
planlaşdırıldığını bildirib. Diqqətə çatdırılıb ki, səfər zamanı qurulacaq
birbaşa əlaqələr və aparılacaq məlumat mübadiləsi cari ilin may ayında keçirilməsi
gözlənilən ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın 4-cü iclasının səmərəli işi üçün möhkəm zəmin yaradacaq.
Səfir Ömər Bərəkət əl-Nahar ölkələrimizin ikitərəfli
iqtisadi əlaqələrini tənzimləyən sazişlərin yenilənməsinin zərurətini qeyd edərək,
İordaniyada investisiya və ticarət fəaliyyətinin həyat keçirilməsinin açdığı
fürsətlər haqqında danışıb. Bildirilib ki, Avropa İttifaqı, ABŞ və Kanada ilə
azad ticarət müqavilələri mövcud olan İordaniya Azərbaycan sahibkarları üçün
ölkədə birgə müəssisələrin yaradılması və daha sonra sözügedən bazarlara ixrac
edilməsi baxımından geniş imkanlar vəd edir. Bununla yanaşı, iordaniyalı
sahibkarların da Azərbaycanın qonşu ölkələrlə mövcud əlverişli ikitərəfli ticarət
qanunvericilindən istifadə edərək MDB bazarlarına çıxışı perspektivləri
vurğulanıb.
Görüşdə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində
birgə biznes forumun keçirilməsi, eləcə də ikitərəfli işgüzar əlaqələrin
intensivləşdirilməsi üçün birbaşa uçuşların həyata keçirilməsi təklifləri də
müsbət qiymətləndirilib.